Ömürlük həbs cəzası almış iki məhkum azadlığa buraxılıb – AÇIQLAMAbackend

Ömürlük həbs cəzası almış iki məhkum azadlığa buraxılıb - AÇIQLAMA

Ölkə başçısının ötən gün imzaladığı əfv sərəncamı ilə ömürlük həbs cəzası almış iki məhkum azadlığa buraxılıb.

OnlinePress.az xəbər verir ki, bu sözləri Ədliyyə Nazirliyi yanında cəzaçəkmə müəssisələrinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzvü Əlməmməd Nuriyev deyib.

O bildirib ki, məhkumlardan biri 20, digəri 25 il cəza çəkib:

“Eyni zamanda, əfv olunan məhkumlar arasında Nardaran hadisələrinə görə həbs edilən iki nəfər var. 25 nəfər isə nəqliyyat hadisələrinə görə, azadlıqdan məhrum olunanlardır”.

Xatırladaq ki, əfv olunan məhkumların əksəriyyətinin yaşı 65-dən yuxarıdır.

 

OnlinePress.az

  •  (0)
  •  (0)