Pirşağıda bütün küçələr təmir ediləcəkbackend

Pirşağıda bütün küçələr təmir ediləcək

Sabunçu rayonunun Pirşağı qəsəbəsinin bütün küçələri təmir ediləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən OnlinePress.az-a daxil olan məlumata görə, hazırda 7 mindən artıq əhalisi olan rayonun Pirşağı qəsəbəsi üzrə asfalt-beton örtüklə döşənməsinə ehtiyacı olan bütün küçə və yolların təmir edilməsi işlərinə start verilib.

Ümumilikdə bu işlərin sözügedən qəsəbənin 92.7 km uzunluğa malik 93 adda küçə və yolunda aparılması nəzərdə tutulur.

Qeyd edək ki, artıq qəsəbə üzrə 4 ünvanda təmir işləri yekunlaşdırılıb. Bu, Bakıxanov və İ.Şıxlı küçələri, həmçinin Əli Ağazadə 1-ci və 2-ci döngələrdir.

  •  (0)
  •  (0)