Prezident ona orden verdi – SƏRƏNCAMbackend

Prezident ona orden verdi - SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İsrafil Mirzəhməd oğlu Qurbanovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə İsrafil Mirzəhməd oğlu Qurbanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, İ.Qurbanov Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi müdirinin müavinidir.

 

OnlinePress.az

  •  (0)
  •  (0)