Puerto-Riko ABŞ-a birləşə bilər – Referendum keçiriləcəkbackend

Puerto-Riko ABŞ-a birləşə bilər – Referendum keçiriləcək

Puerto-Riko adasının statusu ilə bağlı referendum keçirilə bilər.

RİA-nın məlumatına görə, bu ilin noyabrın 3-də keçirilməsi nəzərdə tutulan referendumda vətəndaşlara bu sual təqdim olunacaq:

“Puerto-Riko Amerika Birləşmiş Ştatlarının tərkibinə qəbul olunmalıdırmı?”

Hazırda Puerto-Riko höküməti hesab edir ki, ölkə 51-ci ştat kimi ABŞ-ın tərkibinə daxil ola bilər. Səbəb isə ölkənin indi yaşadığı iqtisadi problemlərin öhdəsindən gələ bilməməsidir.

Qeyd edək ki, referendum hər şeyi həll etməyəcək. Bundan başqa, yeni ştatla bağlı qərar ABŞ Konqresində də qəbul olunmalıdır.

 

OnlinePress.az

  •  (0)
  •  (0)