“Qarabağ”ın mükafatlandırma mərasimi ləğv olundubackend

“Qarabağ”ın mükafatlandırma mərasimi ləğv olundu

2019/2020-ci illər mövsümünün qalibi elan edilmiş “Qarabağ” klubuna çempionluq kuboku və qızıl medalların bu gün “Azərsun Arena”da təqdim olunacağını xəbər vermişdik.

OnlinePress.az xəbər verir ki, mükafatlandırma mərasimi ləğv olunub.

Yəni, futbolçulara medallar verilməyəcək. Sadəcə olaraq, qızıl medallar və kubok PFL prezidenti Ramin Musayev tərəfindən klub rəhbərliyinə təqdim olunacaq.

Bu tədbir isə əvvəlcədən nəzərdə tutulduğu kimi, Bakı vaxtı ilə 20:50-də deyil, 19:00-da keçiriləcək. Medal təqdimatı canlı yayımlanmayacaq və KİV nümayəndələri üçün qapalı olacaq.

 

OnlinePress.az

  •  (0)
  •  (0)