Qatar vaqonunda qızıl torbası unudan sərnişin axtarılırbackend

Qatar vaqonunda qızıl torbası unudan sərnişin axtarılır

İsveçrədə qatar vaqonunda içində üç kiloqram qızıl olan torbanı unudan sərnişin axtarılır.

Bu barədə “Daily Mail” məlumat yayıb.

Sözügedən hadisə hələ ötən ilin oktyabrında Sankt-Qallen və Lütsern kantonlarını birləşdirən dəmiryolu məntəqəsində baş verib. Qiymətli metalın dəyərinin ümumilikdə 152 000 funt (324 900 AZN) olduğu qeyd edilir.

Daxili araşdırma ilə qızılın sahibi tapılmadığı üçün axtarış barədə qərar qəbul edilib.

 

OnlinePress.az

  •  (0)
  •  (0)