Qonşu dövlət Avropanın ən təhlükəsiz turistik ölkələri arasındabackend

Qonşu dövlət Avropanın ən təhlükəsiz turistik ölkələri arasında

Avropanın təhlükəsiz turistik əraziləri siyahısında Azərbaycanın sərhəd qonşusu olan Gürcüstanın adı bir daha hallanıb.

“Telegraph” xəbər verir ki, bununla yanaşı, Xorvatiya, Monteneqro, Malta, Sloveniya, Finlandiya, Litva, Latviya, Rumıniya, Polşa və Avstriya təhlükəsiz ölkələr kimi qeyd edilib.

Nəşrdə qeyd olunur ki, Gürcüstanda Avropa ölkələrinə nisbətən koronavirus infeksiyasına yoluxma hallarının sayı 260 dəfə azdır.

Qeyd edək ki, Gürcüstanda ilk koronavirus infeksiyası fevralın 26-da qeydə alınıb, indiyə qədər koronavirusa yoluxan 895 nəfərin 14-ü ölüb, 741-i sağalıb. Ölkədə 140 aktiv koronavirus xəstəsi var.

  •  (0)
  •  (0)