Rasim Balayev: “Hazırkı seriallar “xaltura” üçün çəkilir”backend

Rasim Balayev: “Hazırkı seriallar “xaltura” üçün çəkilir”

Azərbaycanın Xalq artisti Rasim Balayev hazırkı vəziyyəti ilə bağlı danışıb.

Unikal.org-a açıqlama verən Xalq artisti son dövrlərdə keyfiyyətli filmlərin çəkilmədiyindən şikayətlənib:

“Necə fəaliyyətim olsun?! Azərbaycanda kino yoxdur. Həm xoşuma gələn əsərlər yazılmır, həm də mənə uyğun rol yoxdur. Keyfiyyətli əsərlər, filmlər deyil, ucuz-ucuz seriallar çəkilir. Onlar da sənət əsərləri deyil, ancaq “xaltura”dır. Biz sözümüzü dedik. İndi yol verək, cavanlar davam etsinlər”.

 

OnlinePress.az

  •  (0)
  •  (0)