Rektordan bayram təşəbbüsü: onlara sovqat aparıldıbackend

Rektordan bayram təşəbbüsü: onlara sovqat aparıldı

Azərbaycan Dillər Universitetinin rektoru, akademik, xalq yazıçısı Kamal Abdullanın təşəbbüsü və tapşırığı ilə Novruz bayramı münasibətilə universitetin yaşlı, pensiyada olan professorlarına və ADU-nun 2 saylı qızlar yataqxanasında yaşayan tələbələrə bayram sovqatları təqdim edilib.

OnlinePress.az xəbər verir ki, bu barədə məlumatı ADU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin rəhbəri Şahin Sərdarlıq paylaşıb. O bildirib ki, ziyarət etdikləri müəllimlərə və tələbələrə rektorun təbriklərin, xoş arzularını çatdırıblar.

“Professorlarımızın üzündəki təbəssüm, sevinc əvəzsiz idi. İsti münasibət üçün hər birinizə təşəkkür edirəm”, – Ş.Sərdarlıq qeyd edib.

Rektordan bayram təşəbbüsü: onlara sovqat aparıldı
Rektordan bayram təşəbbüsü: onlara sovqat aparıldı
  •  (0)
  •  (0)