Rusiya, İran və Türkiyə prezidentləri videokonfrans formatında görüş keçirirbackend

Rusiya, İran və Türkiyə prezidentləri videokonfrans formatında görüş keçirir

Rusiya Prezidenti Vladimir Putin, İran lideri Həsən Ruhani və Türkiyənin dövlət başçısı Rəcəb Tayyıb Ərdoğan Suriya məsələsi ilə bağlı videokonfrans formatında sammit keçirirlər.

TASS xəbər verir ki, görüşə ev sahibliyi edən İran videokonfransı dövlət televiziyası ilə canlı yayımlayır.

Həsən Ruhaninin sözlərinə görə, İran, Rusiya və Türkiyə liderlərinin zirvə görüşü COVID-19 səbəbindən təxirə salınmalı idi və onlayn görüş Suriyada pandemiyanın başlamasından sonra bir çox hadisənin baş verməsi ilə bağlı keçirilir. Görüş iştirakçıları ABŞ-ın Suriyadakı hərəkətlərini tənqid ediblər.

İran prezidenti qeyd edib ki, ABŞ Suriyanın təbii sərvətlərindən istifadə edərək, terrorla mübarizə apardığını deyir.

Vladimir Putin bildrib ki, ABŞ-ın Suriyaya qarşı sanksiyaları qanunsuzdur, onlar Ərəb Respublikasının iqtisadiyyatına xələl gətirir və yalnız problem yaradır.

 

OnlinePress.az

  •  (0)
  •  (1)