Rusiyada koronavirusa yoluxanlarla bağlı 38,5 dərəcə şərtibackend

Rusiyada koronavirusa yoluxanlarla bağlı 38,5 dərəcə şərti

Rusiya paytaxtında koronavirusun yüngül forması evdə müalicə ediləcək.

Lenta.ru-nun xəbərinə görə, bu barədə Moskva Səhiyyə Departamentinin saytında məlumat verilib.

Qurumdan bildirilib ki, pasiyentə xüsusi preparatlar, patogen müalicə və simptomatik terapiya təyin edilir.

Səhiyyə Departamentindən o da vurğulanıb ki, evdə müalicə ancaq pasiyentin temperaturu 38,5 dərəcədən aşağı olduğu və rahat nəfəs ala bildiyi halda mümkündür.

Qeyd edək ki, Rusiyada COVID-19-a yoluxanların sayı 500-ə yaxındır.

 

OnlinePress.az

  •  (0)
  •  (0)