Rusiyada koronavirusdan ölənlərin sayı kəskin azaldıbackend

Rusiyada koronavirusdan ölənlərin sayı kəskin azaldı

Ötən sutka ərzində Rusiyada koronavirusdan 95 nəfər həyatını itirib.

TASS bu barədə ölkənin koronavirusa qarşı operativ qərargahının məlumatına istinadla xəbər yayıb.

Bildirilir ki, infeksiyadan ümumilikdə 8 206 nəfər ölüb. Rusiya üzrə ölənlər koronavirus testi müsbət çıxanların 1,39 faizini təşkil edir.

Sutka ərzində Sankt-Peterburqda 29, Moskvada 20, Kamçatka vilayətində altı, Dağıstanda, Nijni Novqorod vilayətində və Primorsk diyarında isə hər bölgədə üç nəfərin öldüyü bildirilir.

Son bir gündə virusa 7 600 nəfər yoluxub, yoluxanların ümumi sayı 592 280 nəfərdir.

 

OnlinePress.az

  •  (0)
  •  (0)