Rusiyada polislər kənd sakinini döyüb öldürdülərbackend

Rusiyada polislər kənd sakinini döyüb öldürdülər

Saxlanılan kənd sakini polis şöbəsində döyülərək öldürülüb.

360.TV-nin məlumatına görə, dəhşətli hadisə Rusiyanın Tomsk şəhərində baş verib.

Bildirilir ki, polis əməkdaşları Bakçar kənd sakininin evinə heç bir əsas olmadan daxil olublar. Sonra onu polis bölməsinə apararaq, qəddarcasına döyüblər. Kənd sakini aldığı xəsarətlərdən ölüb.

Artıq keçmiş polis əməkdaşları saxlanılıb. Onlara qarşı RF Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət işi açılıb.

 

OnlinePress.az

  •  (0)
  •  (0)