Rusiyada tibb işçilərində sınaqdan keçirilən COVID-19 peyvəndi istənilən effekti verdibackend

Rusiyada tibb işçilərində sınaqdan keçirilən COVID-19 peyvəndi istənilən effekti verdi

Rusiya Səhiyyə Nazirliyinin N.F.Qamaleya adına Milli Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzinin işçilərinin COVID-19-a qarşı sınaqdan keçirdikləri peyvənd uğurlu nəticə verib.

“İnterfaks” xəbər verir ki, mərkəzin direktoru, akademik Aleksandr Gintsburq peyvəndin effektli olduğunu, mənfi təsirlərinin aşkarlanmadığını bildirib.

“Hər kəs sağ-salamat və xoşbəxtdir”, – deyə alim əlavə edib.

Peyvəndi öz üzərində tətbiq edən həmkarların sayı açıqlanmayıb.

Onların mərkəzin işçiləri – tərtibatçılar, preklinik tədqiqatların təşkilatçıları və texnoloqlar olduğu qeyd edilir.

 

OnlinePress.az

  •  (0)
  •  (0)