Rusiyada uşaq bağçası müəllimi azyaşlı oğlunu öldürüb intihar etdibackend

Rusiyada uşaq bağçası müəllimi azyaşlı oğlunu öldürüb intihar etdi

Rusiyanın Tatarıstan Respublikasında uşaq bağçası müəllimi özünü və oğlunu öldürüb.

MK xəbər verir ki, Almetyevsk şəhərində 38 yaşlı müəllimin və onun səkkiz yaşlı oğlunun cəsədi tapılıb.

Tatarıstan İstintaq Komitəsindən bildirilən ilkin versiyaya görə, ana əvvəl uşağını öldürüb, sonra isə intihar edib.

Faktla bağlı “Yetkinlik yaşına çatmayan şəxsin öldürülməsi” maddəsi ilə cinayət işinə başlanılıb.

Cəsədləri ailə başçısı evə qayıdan zaman aşkarlayıb. Qapı içəridən bağlı olub. Mənzildə intiharla bağlı qadının yazdığı qeyd tapılıb.

 

OnlinePress.az

  •  (0)
  •  (0)