Rusiyadan Azərbaycan və Ermənistana ÇAĞIRIŞbackend

Rusiyadan Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova gündəmin aktual mövzularına həsr olunmuş brifinq keçirib.

OnlıinePress.az xəbər verir ki, Zaxarova videokonfrans formatında keçirilən brifinq zamanı Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən insidentə də münasibət bildirib:

“Alınan məlumatlara görə, sərhəddə atəşkəsin pozulması halları davam edir. Bununla yanaşı, mülki obyektlər, o cümlədən, nəqliyyat vasitələri hədəf alınır. Biz tərəfləri güc tətbiq etməkdən çəkinməyə və obyektiv şərait yaranan kimi yenidən danışıqlar masasına oturmağa çağırırıq”, – deyə Zaxarova bildirib.

 

OnlinePress.az

  •  (0)
  •  (0)