Rusiyadan vətənə dönən azərbaycanlıların sayı artırılacaqbackend

Rusiyadan vətənə dönən azərbaycanlıların sayı artırılacaq

Rusiya Prezidenti Vladimir Putinin və Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Dağıstanın başçısı Vladimir Vasilyev və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev arasında telefon söhbətində Rusiyadan Azərbaycana qayıdan vətəndaşların sayının artırılması barədə razılığa gəlinib.

Bu barədə Dağıstan Respublikası başçısının rəsmi saytında məlumat verilib.

İkitərəfli İşçi qrupunun fəaliyyəti nəticəsində bu gün “Yaraq-Qazmalar” sərhəd keçid məntəqəsindən 250 Azərbaycan vətəndaşı ölkəsinə qayıdacaq, iyunun 15-də isə 450-dək Rusiya vətəndaşı Rusiyaya yola salınacaq.

İkitərəfli razılaşmalara əsasən, vətənlərinə dönməsini gözləyən Azərbaycan vətəndaşları üçün yaşayış şəraitinin yaxşılaşdırılması və tibbi xidmət məsələləri tərəflər arasında birgə həll ediləcək.

Xatırladaq ki, Dağıstanın Dərbənd şəhərində və Dərbənd rayonunda təxminən 650 Azərbaycan vətəndaşı vətənə qayıtmasını gözləyir.

 

OnlinePress.az

  •  (0)
  •  (0)