Saatlıda qardaşına narkotik satan şəxs tutuldubackend

Saatlıda qardaşına narkotik satan şəxs tutuldu

Saatlıda qardaşına narkotik satan şəxs saxlanıb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Saatlı rayon sakini, əvvəllər məhkum edilmiş Adəm Zeynalov qardaşına 10 manat müqabilində heroin satarkən saxlanılıb və Polis Şöbəsinə gətirilib.

Şəxsi axtarış zamanı onun üzərindən bir büküm heroin aşkar edilərək götürülüb. Davam etdirilən tədbirlərlə A. Zeynalovun yaşadığı ünvana baxış keçirilən zaman oradan polietilen torbada təmiz çəkisi 3 kiloqram 570 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Saatlı RPŞ-də araşdırmalar davam etdirilir.

 

OnlinePress.az

  •  (0)
  •  (0)