Sağlamlığında ciddi problemlər yaranan Sezen Aksu: “Çətinlik çəkirəm” – FOTObackend

Sağlamlığında ciddi problemlər yaranan Sezen Aksu: “Çətinlik çəkirəm” - FOTO

Türkiyənin əfsanəvi müğənnisi Sezen Aksunun sağlamlığında ciddi problemlər yaranıb.

OnlinePress.az xəbər verir ki, 2014-cü ildə bağırsaq iltihabından əməliyyat olunan sənətçinin altı ildən sonra vəziyyəti yenidən ağırlaşıb.

Yoğun bağırsağın iltihabından əziyyət çəkən məşhur sənətçi deyib: “Kolit səbəbi ilə səhhətimdə problemim var. Çətinlik çəkirəm”.

S.Aksunun bu açıqlaması sevənlərini kədərləndirib.

Onun yenidən əməliyyat olunacağı haqqında məlumatlar yayılıb.

  •  (0)
  •  (0)