Sambo üzrə beş beynəlxalq yarış barədə qərar verildibackend

Sambo üzrə beş beynəlxalq yarış barədə qərar verildi

COVID-19 pandemiyası ilə əlaqədar bu il keçirilməli olan bəzi sambo yarışları ləğv edilib.

OnlinePress.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, 2020-ci ildə keçirilməli olan sambo üzrə beş beynəlxalq yarış olmayacaq.

Bunlar çimərlik sambosu üzrə dünya çempionatı (apreldə Kiprin Larnaka şəhərində keçirilməli idi), Qran Pri (mayda Fransanın paytaxtı Parisdə olmalı idi), Afrika çempionatı (iyunda Misirin paytaxtı Qahirədə baş tutmalı idi), veteranların dünya çempionatı (24-25 oktyabrda Niderlandın Almelo şəhərində keçirilməli idi) və Avropa Kubokudur (12-13 dekabrda İspaniyanın paytaxtı Madriddə təşkil olunmalı idi).

Qeyd edək ki, millimizin iştirak edəcəyi Avropa (18-20 sentyabr, Yekaterinburq) və dünya çempionatı (6-8 noyabr, Aşqabad), eləcə də yeniyetmə və gənclər arasında dünya çempionatı (9-11 oktyabr, Novi Sad) barədə qərar verilməyib.

 

OnlinePress.az

  •  (0)
  •  (0)