Sami Yusufdan cəbhədəki düşmən təxribatı ilə bağlı duyğulandıran paylaşım – FOTObackend

Sami Yusufdan cəbhədəki düşmən təxribatı ilə bağlı duyğulandıran paylaşım - FOTO

Dünya şöhrətli, əslən Cənubi Azərbaycandan olan müğənni Sami Yusuf “Instagram” hesabında Ermənistanın Azərbaycanın Tovuz rayonu ilə sərhəddə törətdiyi təxribatları pisləyən paylaşımlar edib.

OnlinePress.az xəbər verir ki, o, Hekayə” bölümündə son günlər Ermənistan silahlı bölmələrinin Azərbaycan Ordusunun Tovuz rayonu istiqamətində təxribat cəhdinin qarşısını alarkən şəhid olmuş hərbçilərimizi yad edib.

Azərbaycan bayrağının fotosunu paylaşan müğənni “Qarabağ Azərbaycandır”, “Azərbaycan üçün dua et” kimi həştəqlərdən istifadə edib.

 

  •  (1)
  •  (0)