“Saxlanılanlarla bağlı hazırda araşdırmalar gedir”backend

“Saxlanılanlarla bağlı hazırda araşdırmalar gedir”

Daxili İşlər Nazirliyi iyulun 14-də baş verən yürüşdə saxlanılanlarla bağlı açıqlama verib. 

Nazirliyin mətbuat xidmətinin rəhbəri E. Zahidov OnlinePress.az-a bildirib ki, saxlanılanlarla bağlı hazırda araşdırmalar gedir: “Araşdırmalar başa çatdıqdan sonra ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun aksiya ilə bağlı yaydığı bəyanatda bildirlir ki, dinc və vətənpərvər ruhda keçən bu aksiya zamanı bir qrup təxribatçı ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verib, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərib və zor tətbiq edib, nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərə ciddi ziyan vurulub.

Fakt üzrə cinayət işi başlanaraq istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

  •  (0)
  •  (0)