Səfir Zakari Qros Azərbaycanda yaşayan Fransa vətəndaşlarına müraciət edibbackend

Səfir Zakari Qros Azərbaycanda yaşayan Fransa vətəndaşlarına müraciət edib

Fransanın Azərbaycandakı səfiri Zakari Qros ölkəmizdə yaşayan Fransa vətəndaşlarına müraciət edib.

APA-nın məlumatına görə, səfir diplomatik korpusun açıq olduğunu, lakin fəaliyyətin sağlıqla bağlı protokola uyğunlaşdırıldığını bildirib.

“Sizi yerli hakimiyyət orqanlarının verdiyi göstəriş və tövsiyələrə hörmət etməyə çağırırıq. Fransa səfirliyi rəsmi saytında mövzuya dair rəsmi və təsdiq edilmiş məlumatları dərc edir.

Fransaya qayıtmaq üçün kömək və ya sağlamlığınızda problem olacağı təqdirdə (+994 12) 490 81 00 nömrəli telefonla əlaqə saxlayın. Suallarınızı cavablandırmaq üçün səhər saat 09:00-dan 18:30-a dək telefon xətti fəaliyyətdədir”, – deyə Z.Qros qeyd edib.

Diplomat bildirib ki, ofisdə daha az olmaq və mümkün qədər telekommunikasiya vasitələrindən istifadəyə diqqət ayrılıb: “Sizə cəsarət və dözümlülük diləyir, vəziyyət imkan verdiyi ən qısa zamanda yenidən görüşəcəyimizə ümid edirəm”.

 

OnlinePress.az

  •  (0)
  •  (0)