Səkkiz il övlad arzulayan gizirimizin şəhid olandan iki gün sonra qızı dünyaya gəldibackend

Səkkiz il övlad arzulayan gizirimizin şəhid olandan iki gün sonra qızı dünyaya gəldi

İyulun 14-ü səhər saatlarında Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlərdə şəhid olan gizir Yaşar Babayevin bu gün qız övladı dünyaya gəlib.

Bu barədə OnlinePress.az-a məlumatı şəhidin yaxınları verib. Bildirilib ki, şəhidin qızına Narın adı verilib.

Xatırladaq ki, yaxınlarının bildirdiyinə görə, səkkiz ildir ailəli olan Y. Babayev övlad arzusunda olub.

Amma şəhid gizirə bu günlərdə dünyaya göz açacaq övladını görmək nəsib olmayıb.

  •  (0)
  •  (0)