Südəmər körpəsini boğub meşəyə qaçdıbackend

Südəmər körpəsini boğub meşəyə qaçdı

Rusiyanın Moskva vilayətində doqquz aylıq övladını boğub qaçmış qadın saxlanılıb.

Lenta.ru bu barədə RF İstintaq Komitəsinin Moskva vilayəti üzrə rəsmi nümayəndəsi Olqa Vradiyə istinadla məlumat yayıb.

Onun sözlərinə görə, 23 yaşlı Tatyana Filatova tutularaq istintaqa təhvil verilib.

T.Filatova doqquz aylıq övladı ilə yatdığı xəstəxanadan çıxaraq, kirayədə yaşadığı evə köçüb. O, həmin evdə körpəsini boğub öldürüb və məktub yazaraq meşəyə qaçıb.

Gənc ana məktubda “Sanki hər şey qorxulu yuxudakı kimi baş verir. O, ancaq sistem altında yatırdı. Mən çox istəyirəm ki, yaşayım, uşağım da sağ və sağlam olsun. Ancaq bu, mümkün deyil. Hər gün ona iynə vururlar, lakin kömək edə bilmirlər, mən də kömək edə bilmirəm” yazıb.

Faktla bağlı araşdırma davam edir.

 

OnlinePress.az

  •  (0)
  •  (0)