Super Liqada nəhənglərin uğursuz günübackend

Super Liqada nəhənglərin uğursuz günü

Türkiyə Super Liqasında XXVIII tur davam edir.

OnlinePress.az xəbər verir ki, son oyun günündə “Fənərbaxça” səfər, “Qalatasaray” ev matçına çıxıb.

İstanbul nəhənglərinin hər ikisi qələbəyə həsrət qalıb.

“Fənərbaxça” “Kasımpaşa” ilə bacarmayıb. Oyunun taleyini iki qol həll edib – 0:2.

Ötən turda məğlub olaraq çempionluq yarışında ciddi itkiyə məruz qalan “Qalatasaray” bu dəfə ortabab “Qaziantep” önündə iki top fərqli üstünlüyü əldən verib və bir xalla kifayətlənib.

Çempionluq uğrunda mübarizə aparan “Sivasspor” da gözlənilmədən təhlükəli zonada qərarlaşan “Konyaspor”la heç-heçəyə razılaşıb.

 

OnlinePress.az

  •  (0)
  •  (0)