Şura vətəndaşları QHT layihələrinin qiymətləndirilməsində fəal iştiraka dəvət etdi – VİDEObackend

Şura vətəndaşları QHT layihələrinin qiymətləndirilməsində fəal iştiraka dəvət etdi – VİDEO

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu gündən başlayaraq 2020-ci il qrant müsabiqələri çərçivəsində ölkənin bütün vətəndaşlarını QHT layihələrinin qiymətləndirilməsində fəal iştiraka dəvət edir.

OnlinePress.az xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, QHT layihələrinin qiymətləndirilməsində vətəndaşların birbaşa iştirakı Şuranın fəaliyyətində şəffaflığı daha da gücləndirməklə yanaşı, cəmiyyətdə qərar qəbuletmə prosesində vətəndaş iştirakçılığının təmin olunmasına xidmət edir.

Xatırladaq ki, aşağıdakı çarxdan istifadə etməklə asanlıqla vətəndaş qiymətləndirməsi prosesində iştirak edə bilərsiniz:

  •  (0)
  •  (0)