Sürücülərin NƏZƏRİNƏ: “Apteçka”da kifayət qədər tibbi ləvazimat olmalıdırbackend

Sürücülərin NƏZƏRİNƏ: “Apteçka”da kifayət qədər tibbi ləvazimat olmalıdır

İlkin tibbi yardım zamanı zərərçəkənlərə ixtisasca həkim olmayan şəxslər tərəfindən hər hansı dərman vasitələrinin verilməsinin məqbul hesab olunmaması və dərmanların avtomobildə saxlanması şəraitinin onun keyfiyyətinin pozulmasına səbəb ola biləcəyinə görə nəqliyyat vasitələrində  dərman vasitələrinin saxlanılması məqsədəmüvafiq hesab edilmir.

OnlinePress.az-ın xəbərinə görə, bu barədə İnzibati Xətalar Məcəlləsinə, “Yol hərəkəti haqqında” qanuna və həmin qanuna 1 saylı əlavəyə nəzərdə tutulan dəyişiklik layihəsində bildirilir.

Layihədə yazılıb ki, bunu nəzərə alaraq, ilk tibbi yardım qutusunda yol-nəqliyyat hadisələri zamanı yardım göstərilməsinə kifayət edə biləcək qədər və çeşiddə tibbi ləvazimatlar, dərman vasitələri nəzərdə tutulmalıdır.

Layihəyə əsasən, həmin sənədlərdəki “dərman qutuları” sözləri “ilk tibbi yardım qutusu” sözləri ilə əvəz olunur.

Nəqliyyat vasitəsi deyərkən avtobus, minik və yük avtomobilləri, təkərli traktor nəzərdə tutulur.

Layihə Milli Məclisin Səhiyyə komitəsinin iyunun 16-da keçirilən iclasında müzakirəyə çıxarılıb. Sənəd parlamentin plenar iclasına tövsiyə edilib.

 

OnlinePress.az

  •  (0)
  •  (0)