Tibbi arayışla Bakıya gəlmək mümkündür – RƏSMİbackend

Tibbi arayışla Bakıya gəlmək mümkündür - RƏSMİ

“Rayon ərazisində yaşayan xüsusi müalicəyə ehtiyacı olan şəxslər tibbi arayışla Bakıya gələ bilərlər”.

OnlinePress.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, həmin şəxslərə tibb müəssisəsinə gəlmək üçün şərait yaradılır:

“Həkimə müraciətlə bağlı kifayət qədər şərait yaradılıb. Lakin bu məqamdan sui-istifadə halları da az deyil. Son günlər 200-dən artıq şəxs tibbi arayışla karantin postlarını keçib. Onların böyük əksəriyyəti Siyəzəndən tibbi arayışla Bakıya gələnlərdir”.

 

OnlinePress.az

  •  (0)
  •  (0)