Tovuzda keçmiş məhkumu bıçaqla öldürüb yol kənarına atdılarbackend

Tovuzda keçmiş məhkumu bıçaqla öldürüb yol kənarına atdılar

Tovuzda yol kənarında kişi meyiti tapılıb.

OnlinePress.az hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, meyit aprelin 5-də səhər saatlarında aşkarlanıb.

Əhməd Cavad küçəsində aşkarlanan meyit 1991-ci il təvəllüdlü Mehdiyev Elnur Valeh oğluna aiddir. İlkin araşdırma nəticəsində qətlin aprelin 4-nə keçən gecə törədildiyi məlum olub.

Ölən şəxsin bədənində iki bıçaq yarası aşkarlanıb. O da məlumdur ki, E. Mehdiyev əvvəllər dəfələrlə oğurluq və avtomobil qaçırılmasına görə məhkum edilib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam etdirirlir.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb.

Cinayətin motivi hələlik bəlli deyil.

 

OnlinePress.az

  •  (0)
  •  (0)