Tramp “G20” liderlərinin danışıqlarını qiymətləndirdibackend

Tramp “G20” liderlərinin danışıqlarını qiymətləndirdi

“Böyük iyirmilik” liderlərinin videokonfransından sonra ABŞ Prezidenti Donald Tramp danışıqların nəticələri barədə bəyanat verib.

“RİA Novosti” xəbər verir ki, Tramp onların koronavirusa qarşı mübarizəyə hazır olduqlarını bildirib.

“Ölkələrin koronavirusla bağlı məlumatları bir biri ilə bölüşməsi çox vacibdir. ABŞ virusun yayılmasının qarşısını almaq üçün dünya üzrə bütün dost və tərəfdaşları ilə əməkdaşlıq edir. Mən “G20” liderlərinin bu istiqamətdə səylərini yüksək qiymətləndirirəm”, – deyə prezident əlavə edib.

 

OnlinePress.az

  •  (0)
  •  (0)