Trampın koronavirusa görə məsləhət verdiyi dərman ölümə səbəb oldubackend

Trampın koronavirusa görə məsləhət verdiyi dərman ölümə səbəb oldu

ABŞ prezidenti Donald Trampın ötən həftə özünün “Twitter” hesabında koronavirusa qarşı məsləhət gördüyü dərman üç nəfəri zəhərləyib.

“HaberGlobal” məlumat verir ki, Trampın məsləhət bildiyi “xloroxin” adlı dərman Nigeriyada üç nəfərin zəhərlənməsinə və təxminən 60 yaşında bir kişinin ölümünə səbəb olub.

Bildirilir ki, həyatını itirən kişinin eyni dərmanı qəbul edən həyat yoldaşı da ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.

Zəhərlənənlərin dərmanı yüksək dozada qəbul etdikləri bildirilir.

Nigeriyada Trampın açıqlamasından sonra sözügedən dərman preparatının satış qiyməti dörd dəfə artıb və ona tələbat xeyli yüksəlib.

 

OnlinePress.az

  •  (0)
  •  (0)