Türkiyənin Ali Məhkəməsi İstanbulda yerləşən Aya Sofya məbədinin statusunun prezident sərəncamı ilə dəyişdirilə biləcəyi ilə bağlı qərar qəbul edib.backend

Türkiyənin Ali Məhkəməsi İstanbulda yerləşən Aya Sofya məbədinin statusunun prezident sərəncamı ilə dəyişdirilə biləcəyi ilə bağlı qərar qəbul edib.

OnlinePress.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ali Məhkəmə hakimlərinin fikrincə, Türkiyənin ilk Prezidenti Mustafa Kamal Atatürkün 1934-cü ildə məbədə muzey statusu verilməsi ilə bağlı sərəncamı imzalamasına baxmayaraq, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bu statusun dəyişdirilməsi və ya saxlanılması barədə qərar vermək hüququna sahibdir.

Bundan əlavə, bildirilib ki, cümə axşamı məbədin gələcəyi ilə bağlı məsələyə Türkiyə Dövlət Şurası da baxıb. “CNN”in məlumatına görə, məsələ ilə bağlı dinləmələr cəmi 17 dəqiqə çəkib. Dövlət Şurasının rəsmi qərarı 15 gün ərzində açıqlanacaq.

Türkiyə mətbuatında isə Aya Sofyanın 15 iyulda məscid kimi fəaliyyətə başlaya biləcəyinə dair xəbərlər dərc edilib.

Xatırladaq ki, Aya Sofya məbədinin gələcəyi haqqında müzakirələr 29 may tarixində, Konstantinopolun fəthinin ildönümündə Quran oxunmasından sonra başlayıb. Bir həftə sonra isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan muzey məbədinin məscidə çevrilməsinin mümkünlüyünü araşdırmağı tapşırıb.

 

 

 

 

 

OnlinePress.az

  •  (0)
  •  (0)