UEFA Azərbaycanın səkkiz klubuna pul ayırdıbackend

UEFA Azərbaycanın səkkiz klubuna pul ayırdı

UEFA Azərbaycan klublarının hesablarına növbəti dəfə pul köçürüb.

Bununla bağlı AFFA-nın rəsmi saytı məlumat yayıb.

Məlumatlara görə, 2018/19-cu il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində Azərbaycan Premyer Liqasında çıxış etmiş, lakin UEFA-nın Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmamış klubların hesabına Avropanın Ali Futbol qurumundan ayrılan əlavə maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə köçürülüb.

Beləliklə, “Neftçi”, “Səbail”, “Qəbələ”, “Zirə”, “Sumqayıt”, “Sabah” və “Keşlə” klublarının hər birinə 15 446.42 avro pul ayrılıb.

 

OnlinePress.az

  •  (0)
  •  (0)