UEFA prezidenti FIFA-nı tənqid etdibackend

UEFA prezidenti FIFA-nı tənqid etdi

UEFA prezidenti Aleksander Çeferin FIFA-nı tənqid edib.

OnlinePress.az-ın məlumatına görə, sloveniyalı funksioner ZDF-ə müsahibəsində ali futbol qurumunun koronavirus böhranı dövründə milli assosiasiya, klublar və oyunçulara maliyyə dəstəyinə dair yanaşmasından narazılıq ifadə edib.

“FIFA Fövqəladə Fond vasitəsilə təcili ehtiyacı olanlara yardım edəcəyini bildirib. Bəs bunu kim müəyyənləşdirəcək? Biz ali futbol qurumunun kimə nə qədər verəcəyini həll edə bilməsi üçün bununla razılaşmalıyıq. Mənim fikrimcə, bu, bir qədər qəribədir” deyə Çeferin vurğulayıb.

Onun sözlərinə görə, pulların hara getdiyini heç kim nəzarətdə saxlaya bilməz: “Bu, sərt qaydalar tələb edir. Siz FIFA-ya sadəcə deyə bilməzsiniz ki, pullar hara gedir”.

Qeyd edək ki, FIFA prezidenti Canni İnfantino bir neçə gün əvvəl konkret məbləğ açıqlamadan milli assosiasiya, klublar və oyunçulara maliyyə dəstəyi göstəriləcəyini bildirib.

 

OnlinePress.az

  •  (0)
  •  (0)