Ukraynaya sərnişin qatarlarının hərəkəti dayandırılırbackend

Ukraynaya sərnişin qatarlarının hərəkəti dayandırılır

Ukraynanın Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə martın 17-si saat 00:01-dən etibarən, bütün beynəlxalq sərnişin qatarlarının hərəkəti müvəqqəti dayandırılıb.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi məlumat yayıb.

Bildirilir ki, Bakıdan 21 mart tarixindən 369/370 nömrəli Bakı-Kiyev-Bakı sərnişin qatarı və tərkibində hərəkət edən Bakı-Dnepr birbaşa vaqonunun hərəkəti xüsusi göstərişədək dayandırılır.

“Bakıdan 14 mart tarixində yola düşən Bakı-Kiyev-Bakı sərnişin qatarı isə Xarkov-sərnişin stansiyasına kimi hərəkət edib. Qatar geriyə Xarkov-sərnişin stansiyasından bu gün yerli vaxtla saat 15:30-da yola düşməklə, Rusiya ərazisinə təhvil veriləcək və öz hərəkət cədvəli üzrə Bakıya qaytarılacaq”, – deyə məlumatda qeyd olunur.

 

OnlinePress.az

  •  (0)
  •  (0)