Ulduz futbolçu vurduğu qolla tarixə düşdübackend

Ulduz futbolçu vurduğu qolla tarixə düşdü

Braziliyanın “Botafoqo” klubunda çıxış edən Keysuke Honda yeni komandasında vurduğu qolla karyerasında beş fərqli qitədə fərqlənmək uğuruna nail olub.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Yaponiya futbolunun canlı əfsanəsi ölkəsinin “Seiryo” və “Naqoya”, Niderlandın “Venlo” və “Vitess”, Rusiyanın CSKA, İtaliyanın “Milan”, Meksikanın “Paçuka” və Avstraliyanın “Melburn Viktori” komandalarının formasını geyinib.

“Botafoqo”ya transfer olunmasından sonra beşinci fərqli qitədə futbol oynayan ulduz futbolçu yeni komandasında da qol vurub.

Beləliklə, Honda oynadığı bütün qitələrdə fərqlənərək tarixə düşüb.

Qeyd edək ki, dünya futbolunda nadir sayılan hadisə ilk dəfə baş verməyib. Buna qədər Braziliya futbolunun əfsanəsi Romario da beş fərqli qitədə qol sevinci yaşamışdı.

 

OnlinePress.az

  •  (0)
  •  (0)