VHP rəhbərliyindən Paşinyana sillə kimi cavab: “faşizmi XXI əsrdə yaşadan sizsiz’backend

VHP rəhbərliyindən Paşinyana sillə kimi cavab: “faşizmi XXI əsrdə yaşadan sizsiz’

Samir Əsədli: “Faşizm döyüşçüsü Qaregin Njdenin Ermənistanda əzəmətli abidəsi ucaldılıb, Məhəmməd Əmin Rəsulzadənin isə Bakıda bir heykəli belə yoxdu….”.

Ermənistanın blogger baş naziri Paşinyan Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadə barəsində çirkin iddialar səsləndirib. O, Rəsulzadəni nasistlərlə əməkdaşlıqda ittiham edib.

Samir Əsədli

Blogger baş nazirin bu sərsəm iddialarına Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli kəskin etiraz edib və Paşinyanı saxtakarlıqda ittiham edib: “Ermənistanın blogger baş naziri Nikol Paşinyan yenidən xəstə təfəkkürünü ortaya qoyaraq bu dəfə Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadəyə dil uzadıb. Faşizm prinsiplərini XXI əsrdə davam etdirən bir dövlətin rəhbəri “İnsanlara hürriyyət, millətlərə İstiqlal” şüarını həyat amalı seçən lideri Hitler Almaniyası ilə əlaqədə suçlandırıb. Əlbəttə ki, bu heç bir əsası olmayan və tarixi faktların əksini sübut etdiyi bir yalandır. Gerçək olan isə, Paşinyanın babasının və Qaregin Njdenin faşistlərlə birgə döyüşməsidir. Paşinyanın bu iddiaları gülünclə qarşılanır. Həm də tək Azərbaycanda yox. Çünki Rəsulzadənin mühacir həyatında istiqlal mücadiləsi Avropa tarixşünaslığında da bəllidir. Amma təəssüf və kədər doğuran başqa faktdir: faşizm döyüşçüsü Qaregin Njdenin Ermənistanda əzəmətli abidəsi ucaldılıb, Məhəmməd Əmin Rəsulzadənin isə Bakıda bir heykəli belə yoxdu….”.

  •  (0)
  •  (0)