Vyanada da etiraz aksiyası keçirilirbackend

Vyanada da etiraz aksiyası keçirilir

Bu dəqiqələrdə Avstriyanın Vyana şəhərində Ermənistanın hərbi təxribatlarına etiraz əlaməti olaraq böyük aksiya keçirilir.

OnlinePress.az-ın məlumatına görə, “Azeri-DER” Kültür və İş Adamları Dərnəyinin təşkilatşılığı ilə Vyana operasının önündə baş tutan etiraz aksiyasında  Azərbaycan və türk diasporunun təmsilçiləri, tanınış iş adamları, bu ölkədə təhsil alan tələbələrimiz iştirak edirlər. Əllərində Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını, alman və ingilis dillərində yazılmış “Erməni təcavüzünə son!”, “Qarabağ Azərbaycanındır!” şüarları tutan mitinq iştirakçıları Azərbaycanın dövlət himnini ifa ediblər.

“Azeri-DER”in rəhbəri Yardım Günəş çıxış edərək bildirib ki, Azərbaycanın əzəli torpaqlarını işğal edən Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri və Azərbaycanın haqq səsini dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışırlar.

OnlinePress.az
  •  (1)
  •  (1)