Xameneidən ABŞ-a: “Siz bu virusu istehsal etməkdə günahlandırılırsınız”backend

Xameneidən ABŞ-a: “Siz bu virusu istehsal etməkdə günahlandırılırsınız”

İranın Ali dini lideri Ayətullah Əli Xamenei ölkəsinin yeni tip koronavirusla mübarizə mövzusunda ABŞ rəhbərliyinin yardım təklifini qəbul etmədiyini açıqlayıb.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

“ABŞ rəhbərliyi yalançı, tamahkar, şarlatan, mərhəmətsiz və terrorçudur. Nə qədər pis sifət varsa, hamısı onlarda mövcuddur. Amerikalılar dəfələrlə “bizdən istəyin, İrana dərman və müalicə ilə bağlı yardıma hazırıq” təklifi etdilər. Bu, maraqlı açıqlamadır.

Əvvəla, siz öz dərdinizə çarə tapın. Əgər əlinizdə varsa, özünüz üçün istifadə edin. Siz bu virusu istehsal etməkdə günahlandırılırsınız. Bunun doğru olub-olmadığını bilmirəm, ancaq belə bir iddiadan söhbət getdiyi halda, hansı məntiqin sahibi sizin verdiyiniz dərmanlara etibar edər?

Dərmanınız xəstəliyi daha da artıra bilər və ya qalıcı hala çevirə bilər. Sizin buraya həkim olaraq göndərəcəyiniz şəxslər istehsal etdikləri zəhərin təsirlərini yaxından görmək üçün gələcək. Deyilənə görə, virus iranlıların genetikasına uyğun şəkildə istehsal edilib”, – Xamenei bildirib.

 

OnlinePress.az

  •  (0)
  •  (0)