Xəstəxanalarda dərman çatışmazlığı var? – AÇIQLAMAbackend

Xəstəxanalarda dərman çatışmazlığı var? - AÇIQLAMA

“Son günlər bəzi dərman preparatlarının çatışmadığı müşahidə olunur”.

OnlinePress.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, TƏBİB apteklərin dərman preparatları ilə təchizatına cavabdehlik daşımır:

“Bu məsələ TƏBİB nümayəndələrinin də diqqətindədir. Hazırda xəstəxanalarda xəstələrin müalicəsi üçün dərman preparatlarında çatışmazlıq yoxdur”.

 

OnlinePress.az

  •  (0)
  •  (0)