Yağış xəstəxananın hasarını uçurdu – Fotolarbackend

Yağış xəstəxananın hasarını uçurdu - Fotolar

Gəncə şəhərində səhər saatlarında yağan güclü yağış nəticəsində Mərkəzi Klinik Xəstəxananın hasarı uçub.

OnlinePress.az xəbər verir ki, bu barədə məlumatı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov yayıb.

Bildirib ki, hadisə nəticəsində xəstəxanaya məxsus diametri 76 mm olan yerüstü polad qaz xəttinin bir hissəsi yararsız vəziyyətə düşüb: “Təhlükəsizlik tədbiri olaraq qaz təchizatı dayandırılıb. Fəsadlar aradan qaldırılan kimi qaz təminatı da dərhal bərpa ediləcək”.


  •  (0)
  •  (0)