Yaponiya Kuril adalarını öz ərazisi adlandırdıbackend

Yaponiya Kuril adalarını öz ərazisi adlandırdı

Yaponiya yenidən Kuril adalarının bir hissəsinin özünə məxsus olduğunu bildirib və Kunaşir, İturup, Şikotan və Habomai adalarının Yaponiyaya aid olması barədə ifadəni yenidən gündəmə gətirib.

Yaponiyanın “Kiodo” agentliyi xəbər verir ki, bu, Yaponiyanın Xarici İşlər naziri Tosimitsu Moteginin hökumətə təqdim etdiyi məruzədə qeyd olunub.

Kuril adaları ilə bağlı danışıqlar Moskva və Tokio arasında koronavirus səbəbindən təxirə düşüb.

Qeyd edək ki, Yaponiyada Kuril adaları Şimal Ərazilər adlandırılır. Sovet İttifaqı adaları 1945-ci ildə, İkinci Dünya Müharibəsində Yaponiyanın kapitulyasiyasından bir qədər əvvəl zəbt edib.

 

OnlinePress.az

  •  (0)
  •  (0)