Yaponiya Şimali Koreyaya zərbə endirməyi nəzərdən keçirirbackend

Yaponiya Şimali Koreyaya zərbə endirməyi nəzərdən keçirir

Yaponiya ABŞ istehsalı olan “Aegis Ashore” raket hücumundan müdafiə sistemini yerləşdirməkdən imtina etdikdən sonra Şimali Koreyanın raket buraxılış qurğularına profilaktik zərbə vura biləcək silahlar əldə etməyi nəzərdən keçirir.

“Japan Today” bu barədə Müdafiə naziri Taro Kanonun açıqlamasına istinadla xəbər yayıb.

“Düşünmürəm ki, (Yaponiya Təhlükəsizlik Şurasında) müzakirələrdən əvvəl hər hansı bir variantı istisna edə bilərik”, – deyə Kano qeyd edib.

O vurğulayıb ki, profilaktik strategiyanı qəbul etmək imkanını nəzərdən keçirməzdən əvvəl Yaponiya bu konsepsiyanın nədən ibarət olduğunu dəqiq müəyyənləşdirməlidir.

Belə bir müdafiə konsepsiyasının Tokionun hərbi strategiyasına köklü dəyişiklik təqdim edəcəyi bildirilir. Bu da, öz növbəsində, qonşu dövlətlərin narahatlığına səbəb ola bilər.

 

OnlinePress.az

  •  (0)
  •  (0)