Zakir Həsənov Rusiya Müdafiə naziri ilə telefonda danışdıbackend

Zakir Həsənov Rusiya Müdafiə naziri ilə telefonda danışdı

Müdafiə naziri Zakir Həsənovla rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub. OnlinePress.az bildirir ki, bu barədə “RİA Novosti”yə hərbi-diplomatik mənbə məlumat verib.

“Şənbə günü səhər Bakının təşəbbüsü ilə Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub. Söhbət zamanı iki ölkənin hərbi idarələrinin qarşılıqlı münasibətləri və əməkdaşlığı ilə bağlı müxtəlif məsələlər müzakirə olunub”, – agentliyin həmsöhbəti deyib.

Bundan başqa, onun sözlərinə görə, Şoyqu Həsənova iyulun 17-də, cümə günü başlayan Rusiya qoşunlarının döyüş hazırlığının qəfil yoxlanılması barədə məlumat verib.

 

 

 

 

 

OnlinePress.az

  •  (0)
  •  (1)