Zaqatalada beş ton narkotik vasitə məhv edildi – FOTObackend

Zaqatalada beş ton narkotik vasitə məhv edildi - FOTO

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq, keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Bəhmətli kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, ümumi çəkisi beş tona yaxın olan 9040 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (0)