“Zirə”də daha iki vida – RƏSMİbackend

“Zirə”də daha iki vida - RƏSMİ

Zirə” klubu daha iki futbolçusu ilə yollarını ayırıb.

OnlinePress.az xəbər verir ki, komanda rumıniyalı müdafiəçi Adrian Skarlatake və Nicat Süleymanovla vidalaşıb.

Qeyd edək ki, Adrian Skarlatakenin klubla müqaviləsinin müddəti başa çatıb, Nicat Süleymanov isə “Zirə”də icarə əsasında çıxış edirdi. O, müqavilə üzrə məxsus olduğu “Qarabağ”la da yollarını ayırıb.

Xatırladaq ki, “Zirə” daha əvvəl baş məşqçisi Zaur Həşimov, kapitan Cavid Hüseynov, həmçinin Tellur Mütəllimov, Orxan Sadıqlı, Yovan Krneta, Miloş Bakraç, Boyan Zoqoviç və Şafik Tiqrudca ilə vidalaşmışdı.

  •  (0)
  •  (0)