Zlatan İbrahimoviç futbolla vidalaşa bilərbackend

Zlatan İbrahimoviç futbolla vidalaşa bilər

İtaliyanın “Milan” futbol klubunun hücumçusu Zlatan İbrahimoviç 2019/2020 mövsümünün sonunda karyerasını bitirə bilər.

Bu barədə “La Gazzetta dello Sport” yazır.

Nəşr bildirir ki, 38 yaşlı isveçlinin klubla bu ilin qışında imzaladığı müqavilənin müddəti iyunun 30-da bitir.

Futbolçu “Milan”ın heyətində 10 oyun keçirib, rəqibin qapısına dörd qol vurub və nəticə verən bir ötürmə edib.

 

OnlinePress.az

  •  (0)
  •  (0)